EN

Əfv Məsələləri Komissiyası toplaşır: Əfv siyahısında kimlərin adı olacaq? - AÇIQLAMA

"Əfv komissiyasının iclaslarının yeganə predmeti məhkum olunmuş şəxslərdən daxil olmuş müraciətlərə baxmaqdır".
 
Bu sözləri azxeber.com-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev 12 fevralda keçiriləcək ilk iclasla bağlı danışarkən deyib.
Komissiyanın əsas fəaliyyət istiqamətindən danışan Əliməmməd Nuriyev Əfv komissiyasının mandatının daxil olan müraciətlərə baxmaq olduğunu bildirib:
 
"Əfv Komissiyasına yüzlərlə, hətta minlərlə müraciət daxil olur. Bu müraciət ya həmin şəxslərin özü, yada onların vəkilləri, millət vəkilləri, ombudsman, yerli və beynəlxalq QHT nümayəndələri tərəfindən olur”.
 
Komissiya üzvü kimlərin əfv siyahısına daxil olacağının Prezidentin səlahiyyətinə aid olduğunu deyib:
 
"Ötən illərin təcrübəsinə baxaraq deyə bilərəm ki, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən qəbul olunur. Çünki əfv hüququ cənab Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir.

Nuriyev bu günə qədər imzalanan sərəncamın 10 min nəfərə şamil olunduğunu vurğulayıb:
 
"Onu da qeyd etməliyəm ki, 1995-cü ildən bu günə qədər 70 əfv sərəncamı imzalanıb ki, bu da 10 mindən çox məhkuma şamil olunub. Sərəncamla kimlərsə cəzanın qalan hissəsindən azad olunub, bəzilərinin cəzası yarıbayarı azaldılıb. Bir qrup şəxsin isə məhkumluğu götürülüb. Bu əfv sərəncamlarının 33-ü ulu öndər Heydər Əliyev, 37-si isə İlham Əliyev tərəfindən imzalanıb.
 
Qarşıdakı əfv daha çox kimlərə şamil olunacaq? sualına isə Nuriyev belə cavab verib:
 
"Kimlərin əfv sərəncamına düşüb-düşməyəcəyini öncədən demək mümkün deyil. Çünki bu Prezidentin müstəsna konstitusion səlahiyyətinə aid olan bir prossesdir. Digər tərəfdən deyə bilərəm ki, qanuna görə əfvlə bağlı hər bir məhkum və ya onun yaxınlarının komissiyaya müraciət etmək hüququ var. Əfv sərəncamı imzalanarkən hər hansı bölgü aparılmır. Vahid bir yanaşma var ki, Azərbaycan konstitutsiyasına görə hər kəs qanun qarşısında bərabərdi. Əfv komissiyası da müraciətlərə baxarkən hamının qanun qarşısında bərabərlik prinsipindən çıxış edir. Eyni zamanda xüsusi meyyarlar var ki, komissiya o müstəvidən çıxış edərək öz dəyərləndirməsini edərək səsvermə üsulu ilə qərarlar qəbul olunur və rəy hazırlanır. Yekun olaraq bu rəylər prezidentə təqdim olunur. Artıq prezident tərəfindən əfv siyahısında kimlərin olacağı müəyyən olunur. Biz özünü müxtəlif adlarla adlandıran şəxslərin də adlarını zaman-zaman əfv siyahısında görmüşük. Burada əsas məsələ əfv olunmaq üçün müraciət edən şəxsin potensial islah olmaq imkanıdır. Onun təhlükəlilik dərəcəsi aradan qalxmalı və cəmiyyət üçün təhlükə yaratmamasıdır. Ən əsas məsələ isə əfv olunan şəxsin cəmiyyət tərəfindən normal qarşılanmasıdır. Çünki imzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır”.
Chosen
26
5
referans.az

7Sources