EN

Çempionlar Liqasında erkən final - Bu gün pley-off başlayır

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

QOL.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək.

Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olacaq. Erkən final kimi də adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edəcək. 

PSJ "Brest"lə qarşılaşacaq. "Yuventus" PSV ilə, Dortmund "Borussiya"sı isə "Sportinq"lə üz-üzə gələcək.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

11 fevral

21:45. “Brest” (Fransa) – PSJ (Fransa)

00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)

00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland)

00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

12 fevral

21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)

00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)

Cavab oyunları

18 fevral

21:45. "Milan" (İtaliya) - "Feyenoord" (Niderland)

00:00. “Atalanta” (İtaliya) - “Brügge” (Belçika)

00:00. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya)

00:00. “Benfika” (Portuqaliya) - “Monako” (Fransa)

19 fevral

21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)

00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)

00:00. PSJ (Fransa) - “Brest” (Fransa)

00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

Chosen
15
2
teleqraf.com

10Sources