Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 40 ədəd PUA vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Saratovda 18, Rostovda 13, Bryanskda 6, Volqoqradda 2, Belqorod vilayəti ərazisi üzərində 1 ədəd PUA məhv edilib.