EN

Çempionlar Liqasında pley-off matçları başlayır

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Yenisabah.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək.

Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olacaq. Burada "Mançester Siti" "Real"ı qəbul edəcək. 

PSJ "Brest"lə qarşılaşacaq. "Yuventus" PSV ilə, Dortmund "Borussiya"sı isə "Sportinq"lə üz-üzə gələcək.

Pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.


Telegram kanalımız
Chosen
16
2
yenisabah.az

10Sources