EN

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, müşavirəni açan Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqif İbrahimov Xidmətin 2024-cü il ərzində fəaliyyəti barədə geniş məlumat verərək, ölkədə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, o cümlədən vətəndaşların həyat və sağlamlığının, ölkənin milli sərvətlərinin yanğından qorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayış sahələrində qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinə nail olunduğunu qeyd edib. 2025-ci ildə də Xidmətin qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün şəxsi heyətin səylə fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Sonra nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək, ötən il əvvəlki illə müqayisədə yanğınların sayında azalmanın qeydə alındığını vurğulayıb, bu müsbət dinamikanın əsasında, ilk növbədə, nəzarət qurumunun yanğınların profilaktikası baxımından səmərəli fəaliyyəti və əhali arasında aparılan geniş maarifləndirmə işlərinin dayandığını qeyd edib, cari ildə Xidmətin qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra çıxış edənlər ötən il Xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə məruzə edərək, görülmüş işlər barədə geniş məlumat verib, həmçinin cari ildə aidiyyəti üzrə atılacaq addımlardan danışıblar.

XQ

Chosen
2
13
xalqqazeti.az

10Sources