EN

AZAL və Israilin "El Al" aviaşirkəti arasında kod-şer razılaşması əldə olunub

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Israilin "El Al" aviaşirkəti arasında yeni tərəfdaşlığı barəsində elan edib.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri kod-şer razılaşması əsasında “EL AL” və “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən reyslərdən yararlana biləcəklər.

Məlumata görə, “EL AL” aviaşirkətinin kodu (LY) “Azərbaycan Hava Yolları”nın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

Chosen
8
23
apa.az

10Sources