DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
***
07:59
Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri zəminində dəhşətli qətl hadisəsi baş verib.
Demokrat.az məlumat verir ki, Binə qəsəbəsi 138-ci döngə, 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məmmədova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürülüb.
Hadisəni qadının həyat yoldaşı, 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.
Qeyd olunur ki, o, dəmir əşya ilə qadının başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyitin belində də barmaq izlərinin olduğu müəyyənləşib.
Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən şəxsin axtarışları davam edir.
Hüquq mühafizə orqanlarından hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.
10Sources
-
bakuinfo.netQadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu ( 15394339)
-
mynews.azQadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu ( 15394083)
-
ictimairey.azArvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs Gürcüstanda SAXLANILDI ( 15392143)
-
ictimairey.azBakıda namaz qılan qadın amansızlıqla öldürüldü ( 15391895)
-
news24.azBakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər ( 15385559)
-
korrespondent.azBinədə arvadını öldürüb qaçan şəxs Gürcüstanda yaxalandı – BAKIYA GƏTİRİLƏCƏK ( 15390731)
-
afn.azQadın namaz qılarkən öldürüldü: əri tutuldu ( 15389891)
-
senzor.azBinədə arvadını öldürüb qaçan şəxs Gürcüstanda yaxalandı –BAKIYA GƏTİRİLƏCƏK ( 15389743)
-
7news.azBakıda namaz qılan qadını öldürüb, Gürcüstana qaçdı - YENİLƏNİB ( 15389523)
-
heftelik.azArvadını öldürüb Gürcüstana qaçmışdı, tutuldu ( 15389133)