EN

Trampın planı rədd edildi

Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

“Yaxın Şərqin böyük dövlətləri Trampın planını rədd etdilər. Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər insanların köçürülməsini rədd edib, Fələstin Administrasiyası və HƏMAS isə Qəzzadan evakuasiyanı dəstəkləməyəcəklərini bildiriblər”, - nəşr qeyd edir.

Əlavə olaraq qeyd edilir ki, Yaxın Şərq güclərinin müqavimətinə baxmayaraq, Tramp bu ideyanı müzakirə etməyə davam etmək niyyətindədir. Xüsusilə, o, İordaniya kralı II Abdullah ilə qarşıdakı görüşdə bu məsələni qaldırmaq istəyir və onun Qəzza planına qarşı çıxan ölkələri yardımdan məhrum etməklə hədələyə bilər.

Bundan əvvəl Tramp Fələstin HƏMAS hərəkatından şənbə günü, fevralın 15-i günortaya qədər bütün girovları azad etməyi tələb edib. O, yaraqlıların əvvəllər əsir götürdüyü bir və ya iki nəfəri təhvil verməsi ilə kifayətlənməyəcəyini bildirib. Əks halda ABŞ-nin 47-ci prezidenti “cəhənnəm”lə hədələyib.

Chosen
11
Ajans.az

1Sources