EN

Ukrayna PUA-ları Saratov vilayətinə hücum edib

Fevralın 11-nə keçən gecə Saratov vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər veri ki, Engels və Saratov sakinləri partlayış səslərinə oyanıblar. Bölgəyə PUA-nın hücumu təhlükəsi Saratov vilayətinin qubernatoru Roman Busargin tərəfindən təsdiqlənib.

Mash Telegram kanalının məlumatına görə, Saratovda böyük yanğın başlayıb. Təcili yardım xidmətləri dağıntıların düşmə ehtimalı olan yerlərdə işləyir. İlkin məlumata görə, insan tələfatı yoxdur.

Ukrayna pilotsuz təyyarələri üçün potensial hədəflər Engelsdəki strateji aviasiya aerodromu və Saratov neft emalı zavodu ola bilərdi.

Chosen
6
herbiand.az

1Sources