EN

Şəkər xəstəliyini bu yolla aşkar etmək daha rahat olur — AÇIQLAMA

Son illər ölkəmizdə diabet, o cümlədən gizli diabet halları xeyli artıb. Statistikaya görə, Azərbaycanda hər 3 nəfərdən 1-də gizli şəkər var. Lakin insanların əksəriyyəti bədənlərində gizlənmiş xəstəlikdən xəbərsizdir.

Həkim-endokrinoloq Lamiyə Nəbibəyli Demokrat.az-a bildirib ki, şəkər xəstələrinin 50 faizinin heç bir əlamətləri olmur:

“Ona görə nə qədər şəkər xəstəsi varsa, ehtimal  edilir ki, bir o qədər də gizli şəkər xəstələri var. Bir də şəkərə meyilli dövr var. Onlardan da potensial olaraq 5 nəfərdən 3-ü şəkərli diabet xəstəsinə çevrilir. Burada şəkərli diabet xəstəsi kimi əsas səbəblərindən biri kimi insulin dirənc götürülür. 

Əgər 45-50 yaşlı bir şəxs şəkərli diabetdən əziyyət çəkirsə, bu o deməkdir ki, artıq 25-30 yaşdan şəkərə meylliliyi formalaşıb. Ona görə də ancaq ac qarınına şəkər səviyyəsini bilməklə diaqnoz qoymuruq. Ac qarınına şəkərin yoxlanılması 8 saatlıq aclıqdıqdan sonra olur. Həqiqətən şəkər xəstəsi olub-olmadığını bilmək üçün yeməkdən 2 saat sonra da şəkərə baxmaq lazımdır. 

Ümumiyyətlə, 3 aylıq şəkər dəyərinə baxmaq və şəkər yükləmə testi qoymaq lazımdır. Bu zaman gizlənmiş şəkəri aşkar etmək daha rahat olur”.

Həkim diqqətə çatdırıb ki, xəstəlikdən qorunmaq üçün ilk növbədə həyat tərzi dəyişməlidir:

“Həyat tərzi düzgün olmalıdır. Kalorili qida qəbulunun çox olması, oturaq həyat tərzi həm piy toxuması kimi çəkimizi artırır, həm də insulini əməli gətirir. Nəticədə də şəkər xəstəliyi formalaşdırır. 

Yəni, qarşısını almaq üçün ik növbədə qidalanmamızı nəzarət etməliyik. Yağlı, qızartma, xəmir xörəkləri və un məsullarından uzaq durmalıyıq. Həyatımızı daha hərəkətli etməliyik”.


Leyla Turan
Demokrat.az
Chosen
6
demokrat.az

1Sources