EN

Layihə rəhbəri: "STEAM Azərbaycan" 250 mindən çox şagirdi əhatə edir"

"2024-2025-ci il tədris ilindən “STEAM Azərbaycan” layihəsi tətbiq edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qadın və Qızların Elmdə Beynəlxalq Günü” münasibətilə keçirilən tədbirdə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

Onun sözlərinə görə, layihə 4-cü sinifdən 9-cu sinifə qədər tətbiq edilir, ümumilikdə bütün regionlarda 250 mindən çox şagirdi əhatə edir. İ.Nəzərov qeyd edib ki, əsas güc mərkəzi Bakı şəhəridir:

"İlk növbədə, bu, əhalinin sıxlığı ilə bağlıdır".

Layihə rəhbəri qeyd edib ki, layihə başlayandan bəri qızların statistikası aparılır.

Mina Mikayılova

Chosen
10
bakivaxti.az

1Sources