EN

"Qızıl yumurta"-ya bənzəyən sirli obyekt tapılıb



Alyaskanın sahillərində "Qızıl yumurta" adı verilən qəribə bir obyekt tapılıb.

Reyting.az
-ın məlumatına görə, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) elmi əməkdaşları naməlum obyekti Sakit okeanda aşkar ediblər.

Obyekt sualtı robot tərəfindən təxminən 3300 metr dərinlikdə, Alyaska sahilində sönmüş vulkanın yaxınlığında tapılıb. Bu obyekt yumurtavari formadadır, hamar səthi və çox böyük çuxuru var.

Alimlər bildiriblər ki, araşdırmalar davam etsə də, "Qızıl yumurta"-nın mənşəyi sirr olaraq qalır. Ehtimala görə, ola bilsin, bu yumurta naməlum yırtıcı tərəfindən qoyulub. Lakin bir çox elm adamları ehtimal edirlər ki, bu daha fərqli yumurtadır.

Alimlərin digər nəzəriyyəsinə görə, bu, naməlum bir dəniz canlısının ola bilər. Bu qəribə və çox qeyri-adi kəşfdən söz açan tədqiqatçılardan biri deyib:

"Mən çox ümid edirəm ki, biz bu obyektin içərisinə soxulduğumuz zaman nə isə üzə çıxacaq, amma hələ ki, "Qızıl yumurta" bir şey çıxartmağa və alimlərə göstərməyə qərar vermir. Bu, hələ ki, qorxulu filmin başlanğıcı kimi görsənir".

Alimlər "Qızıl yumurta" ilə bağlı ancaq iki fərziyyə irəli sürüblər. Birinci ehtimal bu obyektin üzvi mənşəli olması fikridir, ikincisi isə onun pirit və dəmir sulfid kimi minerallardan əmələ gəlməsi ehtimalına söykənir.

Qeyd olunur ki, qeyri-adi nümunənin mənbəyini müəyyən etmək üçün artıq DNT analizinə başlanılıb.

Oqtay QORÇU
Chosen
27
reyting.az

1Sources