EN

Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq - XİN

Bakı. Trend:

Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində“Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistanaqarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləriilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirlərireallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədidaşıyır.

Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiəedən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanataəsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibəbitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarlatəchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayanölkəni təmsil edir.

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbixərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyondollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, buyaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasənAzərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcəkhücum silahları əldə etməkdədir.

Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edənərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərəalaraq, Ermənistanın hərbi potensialının artırılmasınınəsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinəbirbaşa təhdiddir.

Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki vəSiyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusuhaqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbitedilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqlarıtorpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycanİcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddialarıtamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə,o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsiredilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin birvaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkiletdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətiribçıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə,1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsininErmənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasınınolmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulanbəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə aysonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarmarejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman,habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına vəAlmatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə gözyumması nəticəsində heçə endirilib.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərinməhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni“səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəbolduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyihəqiqətlə üzləşməkdə maraqlı deyil.

Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, ocümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasındakommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə,diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktikiaddımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyətiolmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarırvə reallıqları təhrif edir.

Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarətmexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdəErmənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərinikobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika vəsilahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarətmexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuzyerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cüryanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticəçıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərinisarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq.

Chosen
5
29
az.trend.az

10Sources