EN

Həftələr sonra qələbə gəldi, futbolçular mükafat aldı

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Şamaxı” klubu Misli Premyer Liqasının XXII turunda “Sumqayıt” üzərində vacib qələbə qazanıb – 1:0.

İdmanxeber.az-a verlən məlumata görə, rəhbərlik bu qələbəyə biganə qalmayıb. Belə ki, həftələr sonra qazanılan qalibiyyətə görə futbolçular mükafatlandırılıb.

Onların hər birinə 800 manat “premya” verilib. 

Xatırladaq ki, “Şamaxı” 3 turdur ardıcıl məğlub olurdu. Komanda son turda “Sumqayıt”a qalib gələrək xallarının sayını 20-yə yüksəldib və 8-cı sırada qərarlaşıb.

Chosen
42
idmanxeber.az

1Sources