EN

Prezident İlham Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali RəhbəriAyətullah Seyid Əli Xameneyiyə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabınınQələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınızaşəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimitəbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındamünasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitindəyaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindəngüc alır. Biz bu təməllər üzərində qurulmuş dövlətlərarasımünasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinəxüsusi önəm veririk.

Hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıraməsələlər yer almaqdadır. Hesab edirəm ki, mövcud imkanlardanyararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nailola bilərik.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslananAzərbaycan-İran münasibətləri dövlətlərimizin və xalqlarımızınmənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin vətəhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdəuğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıqdiləyirəm".

Chosen
2
40
az.trend.az

4Sources