“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Msport.az xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXII turunda “Kəpəz”ə qarşı baş tutub.
Muxtar Respublika təmsilçisi rəqibi ilə qolsuz bərabərə qalıb. “Araz-Naxçıvan” geridə qalan 100 görüşün 32-də qələbə qazanıb, 22-də heç-heçə edib və 46 dəfə məğlub olub.
“Liv Bona Dea Arena”da təşkil olunan son oyun, eyni zamanda “Araz-Naxçıvan”ın 50-ci ev matçı olub. Komanda doğma arenasında 20 dəfə azarkeşlərini 3 xalla sevindirib. Aktivində 14 ev heç-heçəsi olan bölgə klubu passivinə 16 məğlubiyyət yazdırıb.
Qeyd edək ki, naxçıvanlılar ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”la səfərdə (0:1), ilk ev görüşünü isə bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.