EN

Tramp HƏMAS-ı  “cəhənnəmlə” hədələdi

ABŞ prezidenti Donald Tramp radikal islamçı HƏMAS hərəkatından fevralın 15-i günortaya qədər bütün israilli girovları azad etməyi tələb edib.

Herbiand.az xəbər verir ki, Tramp təyin olunan gün günorta saat 12:00-a qədər bütün girovlar geri qaytarılmasa, atəşkəs razılaşmasının ləğv olunması və HƏMAS-a cəhənnəm yaşadacağını bildirib.

Xatırladaq ki, dünən HƏMAS nümayəndələri atəşkəs şərtlərinə əməl olumnmaması bəhanəsi ilə fevralın 15-nə planlaşdırılan girovların İsrailə təhvil verilməsini təxirə salmaq niyyətində olduqlarını açıqlamışdılar. Buna səbəb kimi İsrail tərəfinin fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasının, çadırların, yanacaq, dərman və dağıntı təmizləmə avadanlığının girişinin qarşısını almaq daxildir.

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın qərarını atəşkəs razılaşmasının "tamamilə pozulması" adlandırıb və İsrail ordusunu Qəzza zolağında tam hazırlıq vəziyyətinə gətirib.

Chosen
4
herbiand.az

1Sources