EN

Dollar bahalaşır? - Bu barədə çox danışılırsa, demək ki...

Son günlər əhali arasında dolların məzənnəsinin dəyişəcəyi barəsində söyləntilər gəzir.

Bəs bu deyilənlərin doğruluq payı varmı, dolların məzənnəsi dəyişə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kriptovalyuta eksperti Elnur Quliyev bildirib ki, yaxın vaxtlarda dolların məzənnəsi Azərbaycanda stabil olaraq qalacaq. Bunun da əsas səbəblərindən biri siyası faktorlardır:

“Birinci növbədə biz Ermənistanla siyasi cəhətdən sülh müqaviləsi bağlamadığımız müddətcə, mən inanmıram ki, Azərbaycanda hökumət hər hansısa devalivasiyaya getsin. İkinci tərəfdən isə Mərkəzi Bankın da müəyyən məqamlarda açıqlamaları olur ki, Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir və hazırkı məzənnə 1$=1.7 AZN olaraq qalır”.

 “Baxmayaraq ki, yaxın qonşu ölkələrimiz - Türkiyə, Rusiya, Ukrayna, İranın milli valyutaları dəyərini itirir, lakin bizim ölkənin siyasi baxımdan nüfuzlu olması məzənnəmizin olduğu kimi qalmasına imkan yaradır”,-deyə ekspert qeyd edib.

Elnur Quliyev: Dolların qalxması sadəcə bir təşviş məsələsidir

Onun sözlərinə görə, devalivasiya məsələsi çox konfidensial məsələdir, əgər bunun haqqında çox danışılırsa, demək ki, olmayacaq:

“Devalivasiyanın olmasını zəruri edən faktlar var ki, bunu ancaq ölkənin birinci şəxsi və bir neçə şəxs bilir. Devalivasiya olursa, birdən olur. Yaxın vaxtlarda bunu gözləmək sadəlövlük olar. Nəzərə alsaq ki, 2021-ci ildə neftin qiyməti düşdü, lakin hökumət devalivasiyaya getmədisə, indi getməyə heç bir səbəb yoxdur”.

“Dolların qalxması sadəcə bir təşviş məsələsidir”, - deyə Elnur Quliyev vurğulayıb.

Nuriyyə Musayeva

Chosen
6
1
bakivaxti.az

2Sources