Bakı. Trend:
Elm və təhsil nazirliyinin, Nərgiz Fondunun dəstəyi və "STEAMAzərbaycan" layihəsinin təşkilatçılığı ilə 11 fevral- Elmdə Qadınvə Qızların Beynəlxalq Günü adlı tədbir keçirilib.
Trend xəbərverir ki, tədbirin əsas məqsədi qızları və gənc qadınları elmisahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və buistiqamətdəki çağırışları müzakirə etmək olub.
Tədbirdə dövlət rəsmiləri, elm və təhsil sahəsində ekspertlər,beynəlxalq təşkilatların nümayəndələri və gənc iştirakçılar biraraya gəlib.
Tədbir rəsmi çıxışlarla başlayıb. "STEAM Azərbaycan" layihəsininrəhbəri İqrar Nəzərov, Elm və Təhsil Nazirliyinin əməkdaşı AylaHəsənova və "Azərbaycan Qadınları Elmdə" Təşkilatının təsisçisiGünel Ağabəyli açılış nitqlərində qızların elmdə daha fəal iştiraketmələrinin vacibliyini vurğulayıblar.
Daha sonra tədbir çərçivəsində xüsusi hazırlanmış videoçarxnümayiş etdirilib.
Tədbirin növbəti hissəsi təlim sessiyasından ibarət olub.
Ekspert Kamran Qasımovun rəhbərlik etdiyi "Keçmişdən gələcəyə:qadınların innovasiyada rolu" adlı interaktiv qrup işindəiştirakçılar qadınların elm və texnologiyada keçmiş və indikidövrdəki töhfələrini təhlil edilib.
Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiyaçərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanışolublar.