EN

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq 3 milyon 609 min 52 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 17 milyon 913 min 153 dollar məbləğində hazır geyim ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 0,3 faiz azalaraq, 1 milyon 413 min 220 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.

Chosen
9
10
turkic.world

10Sources