Türkiyənin məşhur aktyoru Burak Özçivitin pərəstişkarları Kreml sarayında izdiham yaradıb.
Publika.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Moskvaya gələn sənətçi orkestrin müşayiəti ilə məşhur türk seriallarından Rusiyada sevilən mahnıları ifa edib. Tədbirdə Özçivitin yüzlərlə pərəstişkarı iştirak edib.
SHOT-un məlumatına görə, sənətçi səhnə performansını yekunlaşdırandan sonra onun qadın pərəstişkarları kütləvi şəkildə səhnəyə "hücum edib". Pərəstişkarlarının Burak Özçivitlə selfi çəkdirmək istəməsi izdihama səbəb olub. Hətta məşhurla şəkil çəkdirmək uğrunda əməlli-başlı dava da düşüb.
Qeyd edək ki, türkiyəli sənətçi Rusiyada konsert turu keçirmək qərarına gəlib.