EN

Bu ildən “STEAM Azərbaycan”a 4-9-cu sinif şagirdləri cəlb edilir

“Hazırda “STEAM Azərbaycan" layihəsi 250 min şagirdi əhatə edir. Bu ildən artıq layihəyə 4-9-cu sinif şagirdləri cəlb edilir”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu  "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov 11 Fevral - Qızlar və Qadınlar Elmdə Beynəlxalq Günü münasibətilə təşkil edilən tədbirdə çıxışı zamanı deyib.O bildirib ki, hazırda ölkədə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə artıq iki mərkəz yaradılıb.Layihə rəhbəri çıxışında şagirdlərə də müraciət edib: “İstənilən şagird  mərkəzlərdəki fəaliyyətlərə qoşula bilər. Biz bütün şagirdləri bu mərkəzlərə dəvət edirik. Buraya qızların cəlbi xüsusi əhəmiyyət daşıyır. Çünki peşələr ilə bağlı mövcud stereotiplər yalnız qadınların müxtəlif sahələrdə qazandığı uğurlar ilə qırıla bilər”.

Chosen
14
tehsil.biz

1Sources