Cənubi Koreyada ibtidai sinif müəllimi səkkiz yaşlı qızı bıçaqlayıb.
Ölkə.az "BBC"yə istinadən xəbər verir ki, 40 yaşlarında olan qadın müəllim şagirdi bıçaqladığını etiraf edib.
Məlumata görə, hadisə bazar ertəsi baş verib. Məktəbli qız məktəb binasının ikinci mərtəbəsində bıçaq xəsarətləri ilə tapılıb və xəstəxanada ölüb. Polisin yaydığı məlumata görə, müəllim özünə də bıçaq xəsarətləri yetirib.
Həmidə İbrahimova