EN

ABŞ Ukraynaya hərbi yardımı davam etdirir

ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardımlar hələ də Kiyevə çatdırılır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Reuters" agentliyinə açıqlamasında  deyib. 

Onun sözlərinə görə, növbəti 24 saat ərzində heç nə dəyişməyəcək. 

Məlumata görə, ABŞ rəsmiləri bu yaxınlarda bəyan ediblər ki, Tramp administrasiyası Vaşinqtonun Ukraynaya dəstək üçün xərclədiyi milyardları geri qaytarmaq istəyir. Bundan əlavə, onlar hesab edirlər ki, Avropa Kiyevə kömək etmək üçün daha çox iş görməlidir.

Ağarza Elçinoğlu 

Chosen
2
1
unikal.az

2Sources