EN

Türkiyə ilə Malayziya arasında 11 müqavilə imzalanıb

Türkiyə ilə Malayziya arasında 11 müqavilə imzalanıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

R.T.Ərdoğan deyib ki, Malayziya ilə imzalanan 11 müqavilə sənayedən turizmə qədər müxtəlif sahələrdə iki ölkə arasında əlaqələri inkişaf etdirəcək.

“Konkret əməkdaşlığımız daha da artacaq”, - o vurğulayıb.

Prezidentin sözlərinə görə, Türkiyə ilə Malayziya ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir.

Chosen
8
3
ikisahil.az

4Sources