“Yuventus” icarəyə götürülən PSJ-nin hücumçusu Randal Kolo Muani gələn mövsüm də Turin klubunda çıxış edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, italyanlar 26 yaşlı fransalının icarə müddətini uzatmaq istəyir. Həmçinin futbolçunun müqaviləsini parislilərdən almağa çalışacaqlar. Forvardın özünün Luis Enrike ilə münasibətləri çox yaxşı olmadığı üçün PSJ-yə qayıtmaq istəmir.
Bu mövsüm Kolo Muani “Yuventus”un heyətində 3 oyunda 5 qol vurub. Ümumilikdə 17 oyun keçirib, 7 qol vurub və məhsuldar ötürmə edib.