EN

AZAL və İsrail aviaşirkəti arasında kod-şer razılaşması imzalanıb

Image

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb. Bu barədə AZAL məlumat yayıb. Məlumatda deyilir ki, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.
Belə ki, “EL AL”ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar. Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.

Mətləb Salahov





Chosen
43
23
baki-xeber.com

10Sources