Ağdamda polis kabel oğrusunu saxlayıb.
Bu barədə Viral.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Son Yazılar:
- Ağdamda artezian quyularınının kabeli oğurlandı
- İlham Əliyev Xameneyiyə təbrik ÜNVANLADI
- Prezident Pezeşkianı təbrik ETDİ
Faktla bağlı araşdırmalar davam etdirilir.