EN

Ölkəmizdə bahar bayramları başladı- VİDEO

Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir.
 
Xıdır Peyğəmbərin adı ilə bağlı olan bu gecəni hər il Tovuz sakinləri ocaq başına toplaşaraq xüsusi qeyd edirlər.
 
Onlar Xan Çinarın ətrafında yığışaraq tonqal qalayır, rəqs edirlər. İnanca görə, bundan sonra qışın çətin günləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur, Xıdır Nəbi evlərə bərəkət paylayır.
 
Xıdır Nəbi bayramında buğda və qarğıdalı sacda qovurulur, daha sonra üyüdülərək şəkər tozu, doşab ilə yoğrulub qovut hazırlanır və uşaqlara, qonşulara paylanır.
 
Daha ətraflı ATV-nin hazırladığı süjetdə:
 
 

 

Chosen
24
9
moderator.az

10Sources