EN

USAID-in “yardımları” Hizbullahın Livandakı silah anbarında tapılıb

ABŞ-nin USAID təşkilatının “humanitar yardımları” Hizbullahın Livandakı silah anbarında tapılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Nyu-York Post” nəşrinin məqaləsində bildirilir. 

Qəzetin yazdığına görə, İsrail ordusunun təqaüddə olan əsgəri Aşer Fridman bununla bağlı açıqlama verib. O qeyd edib ki, tapılan əşyalar arasında üzərində “USAID” yazılmış bağlamaların yanında snayper tüfəngləri, tankəleyhinə raketlər və partlayıcı maddələr olub.

Bundan əvvəl də USAID-in bütün dünyada radikalları maliyyələşdirməsi ilə bağlı müxtəlif səviyyələrdə bəyanatlar səslənib.

Fevralın 3-də USAID-in fəaliyyəti faktiki olaraq dayandırılıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə dövlət katibi Marko Rubio təyin edilib. USAID ilə bağlı təşkilati nəticələr Trampın ABŞ hökumətinin səmərəliliyini artırmaq, şişirilmiş hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün yeni agentliyin rəhbəri təyin etdiyi İlon Maskın təşəbbüsü ilə qəbul edilib. Amerika liderinin özü USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya əməli kimi qiymətləndirib.

Chosen
1
1
xezerxeber.az

2Sources