EN

İsrail Fələstin torpaqlarının işğalına son qoymalıdır - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər üçün səfər etdiyi Malayziyada Baş Nazir Ənvər İbrahimlə görüşüb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, ikili arasında keçirilən birgə mətbuat konfransında Ərdoğan, "İsrail Fələstin torpaqlarının işğalına son qoymalı və vurduğu ziyanı ödəməlidir" ifadəsini işlədib.

Baş Nazir Ənvər İbrahim isə çıxışında, "Biz müsəlman dünyasının lideri, ədalətin və insan haqlarının müdafiəçisi olan bir liderə ev sahibliyi etməkdən xoşbəxtik" - deyə bildirib.

Ərdoğan görüşlərdə müxtəlif sahələrdə 11 müqavilə imzalandığını bildirərək, "Ticarət və sərmayələrdə hərəkətlilik yanaşması ilə qazanmaq və artırmaq üçün əməkdaşlıq edirik. İkitərəfli ticarət həcmini 5 milyard dollardan 10 milyard dollara çatdırırıq. Sənaye, texnologiya, enerji, turizm və mədəni əlaqələrimizi də ətraflı müzakirə etdik" - deyə bildirib.

Prezident Malayziyanın Qəzza və Fələstinlə bağlı mövqeyini yüksək qiymətləndirdiyini vurğulayaraq, "Biz Malayziyanın ölkəmizə marağını alqışlayırıq. İsrail qırğın siyasətində davam edir. Son atəşkəsdə də verdiyi vədləri tutmadı. İsrail işğala son qoymalı və vurduğu zərəri ödəməlidir" ifadələrini işlədib.

Ərdoğan həmçinin Türkiyənin Fələstinə 100-dən çox humanitar yardım göndərdiyini və bu dəstəyin davam edəcəyini bildirib.

Chosen
5
turkic.world

1Sources