EN

Ukrayna ABŞ-ın göndərdiyi silahları görün kimə satır

Amerikalı jurnalist Taker Karlson Ukraynanın ABŞ-dan aldığı silahları Meksikadakı narkotik kartellərinə satdığını iddia edib.

Publika.az xəbər verir ki, bu barədə Karlson ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Davisə müsahibəsində danışıb.

“Fakt budur ki, Ukrayna ordusu onlara göndərdiyimiz silahların əhəmiyyətli hissəsini satır. Bu, mənim fərziyyəm deyil, faktdır. Onlar satırlar və bu silahların çoxu sərhədimizdən keçən narkotik kartellərinə gedir. Deməli, bu, cinayətdir”, - deyə o bildirib.

Karlson, həmçinin keçmiş dövlət katibi Entoni Blinkeni Ukraynada münaqişəni qızışdırdığına görə tənqid edib, onu cinayətkar adlandırıb.

Chosen
11
2
publika.az

3Sources