EN

Sarkisyanın 42 milyon dollara aldığı yararsız silah: Qalmaqala nöqt qoyuldu

2018-ci il inqilabından sonra həbs edilən erməni polkovnik barəsində Ermənistanda qaldırılan cinayət işi 6 ildən sonra İstintaq Komitəsi tərəfindən bağlanıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti Ermənistan İstintaq Komitəsinə yaxın məlumatlı mənbələrə istinadən yazır. 

“Məlum olduğu kimi, 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının keçmiş üzvü, qoşunların radioelektron mübarizə şöbəsinin keçmiş rəhbəri Vaan Avetisyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə 42 milyon dollara alınmış yararsız silahlarla bağlı cinayət işi üzrə təqsirli bilinib. O, 6 aylıq həbsdən sonra sərbəst buraxılıb. İşlə Milli Təhlükəsizlik Xidməti məşğul olsa da, sonradan hərbi istintaq idarəsinə verilib”. Nəticədə ibtidai istintaq orqanı işə 6 il baxıb və ona xitam verilməsi barədə yeni qərar qəbul edib.

“Yəni hüquq-mühafizə orqanları Serj Sarkisyanın prezidentliyi dövründə 42 milyon dollara alınan silahların yararsız olduğunu sübut edə bilməyib. Əldə etdiyimiz mötəbər məlumata əsasən, cinayət işinə xitam verilib”, - deyə nəşr qeyd edir.

Chosen
19
cebheinfo.az

1Sources