EN

Ankara İrəvanın Zəngəzurla bağlı təklifi ilə razılaşmadı - Badalyan

Türkiyə Zəngəzurdan keçəcək yolun dəhliz statusu ilə açılmasını istəyir.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

“Türkiyənin Sünikdən (Zəngəzur) keçəcək yolda təkcə sərbəst keçidə ehtiyacı yoxdur, həmçinin bu yolun dəhliz statusunda olduğunu bildirən sənədin imzalanmasını istəyir. Ankaranın məqsədi üçüncü tərəfin nəzarətində olmayan quru yolu ilə Azərbaycanla birləşməkdir.

Türkiyənin növbəti addımı Orta Asiyaya daxil olmaqdır ki, bu da Ankaranın beynəlxalq səhnədə böyük bir hərbi-siyasi birliyin lideri mövqeyindən çıxış etməsinə şərait yaradacaq”, - ekspert bildirib.

Badalyan qeyd edib ki, Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatı üçün mühüm amildir.

“Türkiyə İrəvan tərəfindən təklif olunan sadələşdirilmiş sərhəd-keçid rejiminə razı deyil, çünki bu, yoxlamaları nəzərdə tutur. Ankaraya görə, yolda heç bir yoxlama və heç kimin nəzarəti olmamalıdır. Başqa sözlə, Türkiyənin Sünikdən keçən yolun dəhliz statusuna malik olduğunu göstərən sənədə ehtiyacı var”, - politoloq bildirib./teleqraf

Chosen
5
turkustan.az

1Sources