EN

Maskın sərvəti son iki ayda ilk dəfə bu qədər azaldı – SƏBƏB

İlon Maskın sərvəti son iki ayda ilk dəfə 400 milyard dollardan aşağı düşüb. Buna səbəb “Tesla” səhmlərinin dəyərinin ucuzlaşması olub.

KONKRET.az xəbər verir ki, “Tesla”nın səhmləri dekabrın ortalarında ən yüksək həddə çatdıqdan sonra Maskın sərvətini artıracağı ehtimal edilirdi.

Amma gözlənilərin əksinə olaraq səhmlər 27% ucuzlaşıb. “Tesla” səhmləri və opsionları Maskın sərvətinin 60%-dən çoxunu təşkil edir və bu, Trampın dövlət başçısı seçilməsindən sonra dekabrın 17-də 486,4 milyard dollara çatıb. Bununla belə, keçən həftə “Tesla” üçün oktyabrın əvvəlindən bəri ən pis həftə olub. Səhmlər 11% ucuzlaşıb. Almaniyaya tədarüklər 59% azalaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə enib. Çində satışlar əvvəlki ilə nisbətən 11,5% azalıb.

Bazar ertəsi Nyu-York ticarətində səhmlər ardıcıl dördüncü gündür ki, 3 faiz ucuzlaşaraq 350,73 dollara düşüb. Qeyd edilir ki, Maskın siyasi yönümünün dəyişməsi “Tesla”nın seçkidən sonra yüksəlişində əsas amil olub və 53 yaşlı milyarder inaqurasiyadan sonra diqqətinin çox hissəsini Vaşinqtona yönəldir.

Hələlik investorların Tramp administrasiyasının elektrikli nəqliyyat vasitələrinə vergi subsidiyalarına və özünü idarə edən texnologiya üçün rəsmi standartlara dəyişikliklərlə “Tesla”nı gücləndirəcəyinə dair ümidləri puça çıxdı. Muskın “Space X”dəki 42%-lik payı hazırda 136 milyard dollar dəyərindədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
4
konkret.az

1Sources