EN

Prezident belə vidalaşdı: “Əlvida Rusiya, əlvida Lenin”

Litva, Latviya və Estoniya bu yaxınlarda həmişəlik olaraq Rusiyanın elektrik şəbəkəsindən ayrılıb və Avropa İttifaqının elektrik enerjisi provayderinə qoşulub.

Litva Prezidenti Gitanas Nauseda vəziyyəti belə ümumiləşdirib: 

“Əlvida Rusiya, əlvida Lenin”. 

“Cebheinfo.az” xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas keçən həftə Litva, Latviya və Estoniyanın Rusiyanın elektrik şəbəkəsindən ayrılacağını elan etmişdi. 

Kallas bu addımla Baltikyanı ölkələrin Rusiyanın şantaj və təsirindən qurtulacağını iddia edib. Kallasın bəyanatından bir neçə gün sonra Litva, Latviya və Estoniya Rusiya elektrik şəbəkəsindən həmişəlik ayrılıb və Avropa İttifaqının elektrik stansiyasına qoşulub. Litva Prezidenti Gitanas Nause vəziyyəti ironik tonda ümumiləşdirib. Nausėda "Əlvida Rusiya, əlvida Lenin",- deyib. O, Baltikyanı ölkələrin Sovet İttifaqının, sonra isə Rusiyanın təsirindən çıxdığını diqqətə çatdırıb. 

Qeyd edək ki, hər üç ölkə Sovet İttifaqının dağılmasından sonra müstəqilliklərini elan etdilər və 29 mart 2004-cü ildə NATO-ya üzv oldular. 

Üç ölkə də Avropa İttifaqı ölkələri kimi Qərblə inteqrasiyanı yaxşılaşdırıb. 

Chosen
18
1
cebheinfo.az

2Sources