Luis Enrikenin hazırkı komandasını daha uzun müddət çalışdırmaq şansı var. PSJ rəhbərliyi baş məşqçiyə böyük etimad göstərir.
Paris klubu ispaniyalı mütəxəssislə müqaviləni yeniləmək qərarına gəlib. “RMC Sport”un məlumatında Luis Enrike ilə əməkdaşlığın müddətinin nə vaxta qədər artırılacağına aydınlıq gətirilməyib. 54 yaşlı məşqçi PSJ-ni 2023-cü ildən çalışdırır. O, komanda ilə Fransa çempionluğunu (2023/24), ölkə kubokunu (2023/24) və iki dəfə Fransa superkubokunu (2023, 2024) qazanıb.
PSJ hazırda Liqa 1-də liderlik edir. Paytaxt komandası 20 turdan sonra 50 xal toplayıb.