EN

“Bornmut”lular yanvara damğa vurdular

İngiltərə premyer-liqasında yanvar ayının ən yaxşıları müəyyənləşib. Hər iki nominasiyanın qalibi “Bornmut”lular olub.

"Football-plus.az" xəbər verir ki, “Ayın ən yaxşı məşqçisi” nominasiyasında bu komandanı çalışdıran Andoni İraola qalib gəlib. “Bornmut” onun rəhbərliyi altında ötən ay keçirdiyi 4 oyunda 3 qələbə qazanmış və 1 oyunu heç-heçə başa vurmuşdu. İspaniyalı mütəxəssis karyerasında ilk dəfə premyer-liqada ayın ən yaxşı məşqçisi üçün ayrılan mükafata sahib çıxıb. “Bornmut” hazırda çempionatda 24 oyuna 40 xalla 7-ci yeri tutur.

Yanvarın ən yaxşı oyunçusu adını bu komandanın hücumçusu Castin Klyuvert qazanıb.

25 yaşlı niderlandlı futbolçu ilin ilk ayında premyer-liqada meydana çıxdığı 4 oyunda 5 qolun və 2 məhsuldar ötürmənin müəllifi olmuşdu. Məşhur sabiq hücumçu Patrik Klyuvertin oğlunun karyerasında ilk dəfə bu nominasiyada qalib gəldiyini də bildirək.

Chosen
24
football-plus.az

1Sources