EN

“Real” onu hədəfə aldı

Vilyam Saliba bir neçə aydan sonra klubunu dəyişə bilər. O, “Real”ın yay “transfer pəncərsi” üçün əsas hədəflərindən birinə çevrilib.

Madrid klubu “Arsenal”ın müdafiəçisinin transferini prioritet hesab edir. “RMC Sport”un məlumatına görə, keçid reallaşarsa, 23 yaşlı fransalı futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Salibanın “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. “Transfermarkt” portalına görə, onun dəyəri 80 milyon avrodu.

Yeri gəlmişkən, Vilyam bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb və 2 qol vurub.

Chosen
11
football-plus.az

1Sources