EN

Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə vədağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətindəsəlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davametdirir.

Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.

Bildirilib ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindənMasallı rayonunun Ərkivan kəndində fəaliyyət göstərən fərdisahibkar Ağabalayev İbrahim Xanlar oğluna məxsus maye qazdoldurmaməntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükəyarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədədmaye qaz tutumunun istismara yararlı olub-olmamasınımüəyyənləşdirmək məqsədilə dövri texniki müayinənin, eləcə dəsözügedən tutumların üzərində quraşdırılmış qoruyucu klapan vəmanometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkünolmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarıAgentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntularınaradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkaratəqdim edilib.

Masallıda
Masallıda
Masallıda
Masallıda
Chosen
1
37
az.trend.az

10Sources