EN

Ağdamda kabel oğrusu tutuldu

Ağdamda polis kabel oğrusunu saxlayıb.

Bu barədə  Oxu24.com  DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
31
13
oxu24.com

10Sources