EN

Su-57-nin seriyalı istehsalına yeni funksiyalar tətbiq ediləcək

Beşinci nəsil Su-57 qırıcılarının istehsalına yeni funksiyaların tətbiqi planlaşdırılır.

Herbiand.az bildirir ki, bu barədə TASS-a Birləşmiş aviasiyatikinti korporasiyasının baş direktoru Vadim Badexa məlumat verib.

Baş direktorun sözlərinə görə, 40-50 il xidmət etməli olan Su-57 platforması açıq arxitekturası ilə seçilir: “Hazırda qırıcı modernləşdirilir və onun sonradan altıncı nəsil təyyarənin elementlərinin sınaqdan keçirilməsi üçün istifadə edilməsi planlaşdırılır”.

Badexa eyni zamanda qeyd edib ki, platformanın inkişafının əsas istiqaməti dronların istifadəsi olacaq: “Yaxın illərdə modernləşdirmə proqramı çərçivəsində Su-57 təyyarələrinin seriyalı istehsalına yeni funksiyalar tətbiq ediləcək”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
2
herbiand.az

1Sources