EN

Cənubi Koreyanın konstitusiyasında dəyişiklik edilə bilər

Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının parlament fraksiyasının lideri Kvon Sunq-donq ölkə konstitusiyasına prezident və parlament hakimiyyətinin mərkəzsizləşdirilməsi üçün düzəlişlər edilməsini təklif edib. Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə siyasi böhran müxalifətdə olan Demokrat Partiyasının “parlament avtokratiyası” ucbatından yaranıb. “Mən əminəm ki, yaşadığımız siyasi böhranın əsas həlli konstitusiya islahatlarıdır. Prezidentin səlahiyyətlərini yenidən bölüşdürəcək və parlament tərəfindən səlahiyyətdən sui-istifadə hallarını məhdudlaşdıracaq bir struktur haqqında düşünməyin vaxtıdır". Siyasətçinin sözlərinə görə, parlamentdə çoxluq təşkil edən müxalifət 29 dəfə prezidentin impiçmentinə cəhd edib, onun barəsində xüsusi araşdırma ilə bağlı 23 qanun layihəsi təqdim edib, büdcəni birtərəfli qaydada təsdiqləyib.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Seok-yeol 2024-cü il dekabrın 3-də “Şimali Koreya tərəfdarı” müxalifətin konstitusiya quruluşunu pozmaq cəhdlərinin qarşısının alınmasının vacibliyini əsas gətirərək hərbi vəziyyət elan edib. Parlamentin əleyhinə səs verdikdən 6 saat sonra hərbi vəziyyət ləğv edilib.

Chosen
5
manset.az

1Sources