EN

Çempionlar Liqasında şanslar açıqlanıb

Çempionlar Liqasının bu gün start götürəcək pley-off mərhələsi ərəfəsində mübarizəni davam etdirən komandaların şansları açıqlanıb.

İdman.biz xəbər verir ki, “Opta” hansı klubun nə qədər irəliləyəcəyi ilə bağlı ehtimalları müəyyənləşdirib.

Kuboku qazanmaq şanslarına gəlincə, İngiltərə klubları daha şanslı sayılır. “Liverpul” 1-ci, “Arsenal” 2-ci favorit hesab olunur. İlk “üçlüy”ü “İnter” qapayır.

Ən yüksək şansa malik komanların ilk "onluğ"u:
1. "Liverpul" – 24,6 %
2. “Arsenal” – 16,6 %
3. "İnter" – 14,5 %
4. "Barselona" – 9,5 %
5. PSJ – 6,3 %
6. "Real" – 4,4 %
7. “Atletiko” – 3,9 %
8. "Bayer" – 3,7 %
9. "Atalanta" – 3,5 %
10. "Mançester Siti" – 3,2 %

Qeyd edək ki, Liqa mərhələsində 9-24-cü yeri tutan komandalar pley-offda mübarizə aparacaq. İlk 8 yerin sahibi isə birbaşa 1/8 finala yüksəlib.

İdman.biz

Chosen
3
idman.biz

1Sources