EN

Bakı Kənar Dairəvi yolunda yük maşınının qoşqusu arakəsmədə ilişib qaldı- RƏSMİ - FOTO - VİDEO- YENİLƏNİB

Bakı Kənar Dairəvi yolunda qəribə yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza fevralın 11-də saat 09:30 radələrində qeydə alınıb: “Yol-nəqliyyat hadisəsi Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində (Bakı istiqamətində) qeydə alınıb. Qəzaya səbəb yük maşınının qoşqusunda yaranmış texniki nasazlıq olub. Nəticədə yük maşınının qoşqusu ön hissəsindən ayrılaraq yolun ortasındakı maneələrin üzərinə çıxıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində qoşqu maneədən çıxarılıb və təhlükəsiz hərəkətin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilib”.

Nərmin

Chosen
3
avtosfer.az

1Sources