EN

Prezident Ərdoğan: "İsrail son atəşkəs razılaşmasını pozdu" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malayziyada keçirdiyi mətbuat konfransında İsrailin son atəşkəs razılaşmasına əməl etmədiyini bildirdi. Ərdoğan, "İsrail əvvəlki illərdə olduğu kimi, son atəşkəs razılaşmasında verdiyi sözləri yerinə yetirmədi. İsrail öz işğalını dayandırmalı və törədilən ziyanın əvəzini ödəməlidir. Şərqi Qüdsdə paytaxtı olan müstəqil Fələstin dövləti qurulmalıdır", - dedi.

Fələstin hərəkatının hərbi qanadının nümayəndəsi Əbu Uveydə, İsrailin razılaşma şərtlərini pozduğunu və bunun nəticəsində şənbə gününə nəzərdə tutulan girovların azad edilməsinin təxirə salındığını açıqladı. Uveydə, İsrailin müvəqqəti köçkünləri Qəzza bölgəsinin şimal hissəsinə geri qaytarmaqda gecikdiyini və humanitar yardımların Fələstinə çatdırılmasında problemlərin olduğunu bildirdi.

Qəzza Sektorunda atəşkəs rejimi 19 yanvardan etibarən qüvvəyə minib. Bu, İsrail ilə HƏMAS arasında keçirilən danışıqlar nəticəsində əldə edilən razılaşmadır. Bu razılaşma çərçivəsində israilli girovların azad edilməsi müqabilində Fələstin əsirləri azad olunur. Artıq bu razılaşmanın birinci mərhələsində 33 israilli girov və təxminən min fələstinli əsir azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources