EN

Azərbaycanda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur - ARAŞDIRMA

Azərbaycanda plastik cərrahiyyə və oftalmologiyaya aid

Tibb elmi inkişafı ilə əlaqədar xəstəliyin müayinəsi, müalicəsi ilə bağlı yeni bir məlumat tapılır, klinik protokol yenilənir, bu məlumatlar protokola daxil edilir. Klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Sözügedən protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

Emlakbazari.az

Klinik protokol - müntəzəm yenilənən, hər hansı bir xəstəlik, sindrom, klinik situasiya zamanı tibbi xidmət üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət sənəddir.

Klinik protokolda tək müalicə ilə bağlı ən yeni metodlar haqqında məlumat deyil, eyni zamanda, xəstəliklərin təsnifatı, diaqnostikası, profilaktika, reabilitasiya ilə bağlı ən son məlumatlar yerləşdirilir.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Səhiyyə Nazirliyi bir sıra ixtisas sahələri üzrə klinik protokollar hazırlayır.

Protokollar ən azı beş ildən bir yenilənməlidir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Tibbi Keyfiyyət Standartları şöbəsinin müdiri Billurə Yusifova deyir ki, protokollar ən azı beş ildən bir yenilənməlidir, hətta bəzi protokollar üç ildən bir yenilənir.

Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.

Klinik protokolların tərtib olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2021-ci il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş "Klinik protokolların yenilənməsi" protokolların yenilənməsi və yeni protokolların tərtibi həyata keçirilir.

Billurə Yusifova qeyd edib ki, klinik protokolların tətbiqi 2008-ci ildən İSİM-ə həvalə edilib:

“2008-ci ildən 2015-ci ilə qədər İSİM tərəfindən 91 klinik protokol tərtib edilib. Bunlardan 66-sı yenilənib, 5 yeni klinik protokol tərtib olunub.

Klinik protokollar bir qayda olaraq Səhiyyə Nazirliyinin Elmi-tibbi Şurası tərəfindən təsdiq olunur. İSİM təsdiqlənmiş protokolları çap edir və tibb müəssisələrinə təqdim olunur. Eləcə də, protokolların elektron versiyası İSİM-in saytına yerləşdirilir.

Klinik protokolun tərtibi üçün işçi qrupu yaradılır. İşçi qrupuna protokolu tərtib edilən xəstəlik üzrə mütəxəssislər - tibb müəssisələrində çalışan mütəxəssis həkimlər, kafedrada çalışan professorlar və İSİM-in həkim-metodistləri cəlb olunur.

Şöbə müdirinin sözlərinə görə, klinik protokolların tərtibində inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınır.

Plastik və Rekonstruktiv Cərrahiyyə – HC International Clinic Plastik vəRekonstruktiv Cərrahiyyə – HC International Clinic1

Hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur

Billurə Yusifova bildirir ki, hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur: “Hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur. Bütün sahələr üzrə klinik protokol hazırlamaq üçün vaxt lazımdır.

Klinik protokolun hazırlanması üçün ən azı altı ay vaxt tələb olunur. Məlumatların seçilib toplanması, bizim səhiyyəyə uyğunlaşdırılması, Azərbaycan dilində tərtib edilməsi vaxt aparan prosesdir. Bunun üçün azı altı ay tələb olunur. Həm də xəstəlikdən asılı olaraq bu proses bir ilə qədər uzana bilir”.

2 yaşlı Zəhranın öldürülməsinə görə Ermənistanda müzakirə açılmadı" - ŞamilPaşayev

Hüquqşünas Şamil Paşayev isə deyir ki, klinik protokollar tövsiyə xarakteri daşıyır, bunlar məcburi qaydalar deyil: “Həkim hər hansısa protokoldan kənara çıxa bilər, lakin bunu etmək üçün əsas və səbəb olmalıdır. Həkimin protokoldan kənara çıxması və şəxsə zərər vurubsa, belə olan halda həkim səhlənkar və ya ehtiyatsız hərəkət etmiş sayıla bilər. Nəzərə almaqda fayda var ki, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının əmri ilə təsdiq edilmiş klinik protokolları əsas da saya bilər. Hətta bu, ekspert rəyindən də üstün hesab edə bilər. Çünki sübutlara dair məhkəmə qərar verir”.

Hüquqşünas əlavə edir ki. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən vətəndaşlara dəyən zərər “qanunvericiliyə əsasən” ödənilməlidir: “Mülki Məcəlləyə əsasən əgər bir şəxs digərinə “hüquqa zidd” və təqsirli hərəkətləri nəticəsində zərər vurursa, zərər vuran bunun əvəzini ödəməlidir. Burda protokoldan kənara çıxmanı əsas gətirmək mümkündür. Bir də nəzərə almaq lazımdır, həkim protokoldan qəsdən xəstəyə zərər vurmaq üçünmü çıxır, ya ehtiyatsızlıqdan? Və ya xəstəni xilas etmək üçün başqa yol axtarır? Niyyəti dəqiq müəyyən etdikdən sonra səbəb-nəticə əlaqəsinə əsasən qərar verilir”.

TƏBİB-dən sorğumuz cavab olaraq bildirilib ki, milli klinik protokollar SN tərəfindən hazırlanır və hazırda yalnız 55 sayda milli klinik prtokol qüvvədədir.

O da qeyd edilib ki, tabeli müəssisələrdə tibbi xidmətin milli klinik protokollara uyğun təşkili və icrasına nəzarət məqsədilə 2023-cü ildə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və klinik protokolların tətbiqi şöbəsi yaradılıb. Şöbə fəaliyyətini TƏBİB-in İcraçı direktoru tərəfindən təsdiqlənmiş "Klinik protokollar üzrə metodik təlimat" əsasında qurur:

“Ümumilikdə tabeli müəssisələrdən dövrü hesabatlar almaqla müvafiq qaydada analiz edilməsi və nəticəyə uyğun preventiv tədbirlərin icrası və tibbi sənədlərin yerində birbaşa yoxlanılması təmin edilir. Təlimatın tələbinə uyğun olaraq tabeli müəssisələrdə klinik protokolların icrasına nəzarət həmin müəssisələrdə yaradılmış Tibbi Şuralar vasitəsi ilə icra olunur.

Əlavə olaraq bildirmək istəyirik ki, tibbi xidmətin təşkilinin keyfiyyətinin yüksəldilməsi məqsədilə TƏBİB nəzdində müxtəlif sahələr üzrə işçi qruplar və komissiyalar fəaliyyət göstərir”.

Bəs özəl tibb müəssisələrində klinik protokollardan kənara çıxma halları necə müəyyənləşdirilir? Buna nəzarət mexanizmi necədir?

Səhiyyə Nazirliyi: Analitik Ekspertiza Mərkəzində farmakoloji nəzarətsistemi təkmilləşdirilir - AZƏRTAC

Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, vətəndaşlardan, mediadan və müvafiq dövlət orqanlarında şikayətlər daxil olduqda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəz tərəfindən plandankənar yoxlamalar keçirilir.

“Bu zaman klinikanın lisenziyası, həkimin sertifikatı və digər sənədlərin uyğunluğu yoxlanılır. Əgər səhv müalicə – klinik protokollardan çıxma faktından söhbət gedirsə, o zaman biz şikayətçiyə Məhkəmə-tibbi ekspertizasına müraciət etməyi məsləhət görürük. Yalnız Məhkəmə-tibbi ekspertizasının mütəxəssisləri tərəfindən müalicənin hansı protokollarla və necə aparılmasına rəy verilə bilər”.

Plastik cərrahiyyə ilə bağlı klinik protokolların hazırlanması üçün İSİM-ə tapşırıq verilibmi? Proses nə vaxt başlayacaq və təxmini nə vaxta klinik protokolun hazırlanması nəzərdə tutulub?

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir:

“Hazırda plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir.

Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir”.

E-saglam.az


Chosen
10
1
e-saglam.az

2Sources