ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) keçmiş prezident Con Kennedinin (JFK) öldürülməsi ilə bağlı təxminən 2400 qeydi üzə çıxardığı iddia edilib.Amerika xəbər platforması "Axios "tərəfindən əldə edilən məlumatlara əsaslanan xəbərdə FTB-nin Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt təqdim edilməyən təxminən 2400 qeyd aşkara çıxardığı qeyd edilib.Hesabatda bu qeydlərin FTB-nin araşdırmaları çərçivəsində üzə çıxardığı 14 min səhifəlik sənədə daxil edildiyi bildirilib.Qeyd edək ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.Fərman Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutur.