“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov spirtli içki düşkünü olması ilə bağlı iddialara aydınlıq gətirib.
Msport.az xəbər verir ki, rusiyalı qolkiper yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Özüm haqqında oxuduğum ən təəccüblü yazı guya içməyi sevməyimlə bağlı idi. Bu mif məni uzun müddət təqib etdi”.
Qeyd edək ki, hazırda Moskva “Dinamo”sunda çıxış edən Lunyov ötən mövsüm “Qarabağ”ın formasını geyinib.