Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə valideynlərlə direktor arasında qalmaqal yaşanıb.
Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Məlumata görə, valideynlər məktəbin bağlanacağını və buna görə məktəb rəhbərliyinə narazılıqlarını bildiriblər.
Məsələ ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "unikal.az"a bildirilib ki, məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir.
"Təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinifə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar", - qurumdan verilən məlumatda deyilir.